Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüş

Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüş

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşdə ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib.

Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti ilə bağlı materialları İ.Natividada təqdim edən Q.Paşayeva “sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib. İ.Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib. O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və Azərbaycan qadınlarına uğurlar diləyib.

Q.Paşayeva ona Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə