Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu neyrocərrahiyyə əməliyyatları

Uğurlu neyrocərrahiyyə əməliyyatları

2011-ci ildə, xarici ölkələrin birində pasiyentin 19 yaşı olarkən onurğa kanalında yerləşmiş 2 ədəd törəmədən yuxarı hissədə yerləşəni çıxarılsa da, aşağıda yerləşən törəməyə toxunulmayıb.

Yeddi il sonra – 2018-ci ildə belində şiddətli ağrı, yerimənin və çanaq orqanlarının ləngimə tipli pozulması səbəbi ilə müraciət edən xəstənin MRT müayinəsində yuxarıda yer alan törəmənin təkrar inkişaf etməsi, aşağıda isə dəfələrlə böyüməsi aşkar edilib. Uzandıqda ağrıların şiddətli artması səbəbi ilə xəstə oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalıb.

Conus medullaris (aşağı ətraflara və çanaq orqanlarına gedən sinirlərin çıxdığı onurğa beyninin terminal hissəsi) onurğa beyninin həssas hissəsidir və bu nahiyənin əməliyyatları risklidir, təkrar əməliyyatlar isə daha da təhlükəlidir.

Yuxarıda yerləşən, conusu və buradan çıxan sinirləri saran törəmə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) neyrocərrahı Azər Əkbərov tərəfindən yeddi saatlıq əməliyyatla xaric edilib. Dörd ay sonra isə aşağıda yer alan törəmə çıxarılıb.

Əməliyyatdan sonra heç bir qüsur izlənilməyib və pasiyentin şikayətləri tam keçib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə