Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Bayramınız mübarək, əziz sərhədçilər!

Q.Paşayeva: Bayramınız mübarək, əziz sərhədçilər!

“Qusarda ölkəmizin şimal sərhədlərini yüksək səviyyədə qoruyan sərhədçilərimizlə maraqlı görüşümüz oldu.  Dövlət Sərhəd Xidmətinin 100-cü ildönümünün qeyd edildiyi bugünlərdə belə bir görüş imkanı və səmərəli müzakirələr üçün çox məmnunam. Fürsətdən istifadə edib, gecə-gündüz sərhədlərimizin keşiyini çəkən əsgərlərimizi, general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidmətinin generallarını, bütün hərbi qulluqçularını və bu işə könül vermiş hər kəsi əlamətdar yubiley münasibəti ilə ürəkdən təbrik edirəm!” – Bunu Milli Məclisin deputatı, AMEA-nın professoru Qənirə Paşayeva öz sosial media hesabındakı paylaşımında bildirib. 

Q.Paşayeva Dövlət Sərhəd Xidmətinin şimal sərhədlərimizi qoruyan bir qrup zabit və əsgəri ilə görüşdə onların yüksək ovqatının, vətənpərvərliyinin və peşəkarlığının şahidi olduğunu vurğulayıb: “Son illər cənab Ali Baş Komandanın rəhbərliyi ilə digər qoşun növlərində olduğu kimi, Sərhəd Xidmətində də ciddi yeniliklərin baş verdiyi, bu yeniliklərin həm şəxsi heyətin döyüş hazırlığı, həm də modern hərbi texnika ilə təminatı sahəsində özünü aydın göstərdiyini deməliyik. Qusarda və ümumiyyətlə şimal bölgələrimizdə sərhəd mühafizəçilərimizin bütün bu qeyd olunanlarla yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına da biganə qalmadıqları məni bir deputat, bir vətəndaş kimi sevindirdi. Sərhədçilərimizin verdiyi suallar da, bizim suallarımıza verdikləri cavablar da, onlara imzalı kitab hədiyyə etmək də mənə yaddaqalan, unudulmaz anlar bəxş etdi. Bir daha görüş təşəbbüsü, bu təşəbbüsün gerçəkləşməsi üçün, faydalı fikir mübadiləsi üçün sərhədçilərimizə könül dolusu təşəkkürlərimi yetirirəm! Bayramınız mübarək, əziz sərhədçilər! Gün olsun Laçında, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər rayonlarımızda görüşmək nəsibimiz olsun! Əlbəttə, o gün gələcək və biz hər birimiz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməklə, vicdani məsuliyyətimizin fərqinə varmaqla, o günü daha da yaxınlaşdırırıq”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə