Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 361 Bakı şəhəri, 17 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2015-ci il 8 iyul tarixli 262 nömrəli və “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası” üzrə:
1.1.1. 1.2-ci bənddə “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 3.1-ci bənddə “Administrasiya” sözü “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.3-cü bənddə, 3.8-ci bəndin birinci və ikinci cümlələrində, 3.10-cu bəndin ikinci cümləsində (hər iki halda), 3.12-ci bəndin birinci cümləsində, 4.1-ci, 5.2-ci bəndlərdə, 5.5-ci bəndin ikinci cümləsində, 5.8-ci, 5.9-cu, 5.10-cu, 6.2-ci və 6.3-cü bəndlərdə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.1.2. həmin Qaydaya 1 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Gəmi agenti haqqında Əsasnamə”nin 2.3-cü bəndində “Dövlət Dəniz Administrasiyasından (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən (bundan sonra – Agentlik)” sözləri ilə, 2.6-cı bəndinin birinci və ikinci cümlələrində, 2.7-ci, 2.9-cu bəndlərində və 2.5.4-cü, 4.1.1-ci, 4.1.15-ci yarımbəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası” üzrə:
1.3.1. 2.1-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.3-cü, 2.5-ci bəndlərində, 3.1-ci bəndinin birinci cümləsində, 3.6-cı, 3.7-ci, 3.12-ci, 3.13-cü bəndlərində, 3.15-ci bəndinin birinci və ikinci cümlələrində, 3.16-cı, 3.18-ci, 3.19-cu, 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü bəndlərində, 4.5-ci bəndinin birinci cümləsində, ikinci cümləsində (hər iki halda), 4.6-cı bəndində, 4.2.3-cü yarımbəndində və 3.3.1-ci yarımbəndinin 3-cü abzasında, 3.3.2-ci yarımbəndinin 2-ci abzasında ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3.2. həmin Qaydaya əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnolo-giyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə əvəz edilsin.
2. “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1227) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində “Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci cümləsində, 2.2-ci bəndinin birinci və ikinci cümlələrində, 2.3-cü, 2.4-cü, 4.2-ci bəndlərində, 4.3-cü bəndinin birinci cümləsində, 4.7-ci, 4.9-cu bəndlərində və 4.8.3-cü, 4.8.4-cü, 4.10.6-cı, 4.10.7-ci, 4.11.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə