Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan  malların (iş və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot – 1. Təsərrüfat mallarının satın alınması.
Lot – 2. Mətbəə xərclərinin satın alınması
Lot – 3. Kommunikasiyа və elektrik işlərinin satın alınması.
Lot–4. Dəftərxana ləvazimatlarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi 2019-cu il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 495-38-28. 
Ünvan-Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı lot – 1 - 50 manat, lot - 2 - 30 manat, lot – 3 - 40 manat, lot– 4 isə 
30 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI- MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN- 1401555071 
 KOD- 210005 
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
Hh- AZ54CTRE00000000000002128202
Kitab- 002736 
 Fond -7 
 Büdcə səviyyə kodu- 142340
VÖEN- 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak üçün 19 sentyabr 2019-cu il saat 18.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 fazi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər- rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 30 sentyabr 2019-cu il saat 16.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 1 oktyabr 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.

Tender komissiyası

20 2019 10:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Sentyabr 2019 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə