Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı şəhəri Şüvəlan qəsəbəsində sanator-reabilitasiya mərkəzinin layihə- smeta sənədlərinin hazırlanması və tikintisinə başlanılması (geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti) işlərin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına (Portal) electron imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər. 
Tenderdə iştirak etmək istəyən iştirakçılar 200,00 (iki yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra müsabiqəyə aid təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. 
Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN -1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
H/h - АZ81CRTE00000000000002128201
Fond -7, iqtisadi təsnifat kodu -142340, 
Xəzinə hesab kitabı- 002730
İştirak haqqı heç bir halda geri qaytarılmayır. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- cari maliyyə vəziyyətinin yaxşı olduğunu, son 3 ili əks etdirən maliyyə hesabatları və son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır;
- minimal illik dövriyyə 1 (bir) milyon manat olmaqla və səhiyyə müəssisələrinin layihələndirilməsində iş təcrübəsinə malik , yüksək səviyyəli dizayn və memarlıq üslubunu nümayiş etdirən təşkilatlara bal sistemi ilə qiymətləndirilmədə üstünlük veriləcəkdir;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır. 
Iddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. 
İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd edilən sənədləri 10 sentyabr 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanəti sənədlərini isə 18 sentyabr 2019-cu il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.
Tenderin açılışı 19 sentyabr 2019-cu il saat 15.00-da olacaqdır.
Qeyd- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

 

Tender komissiyası

20 2019 10:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Sentyabr 2019 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə