Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlil şəxslərin məşğulluğunun artırılması proqramı

Əlil şəxslərin məşğulluğunun artırılması proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bp-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların seçiminə start verilib.

Proqramın ikinci mərhələsində iştirak üçün müraciət edən əlil şəxslərin ünsiyyət bacarıqları, hədəfləri, liderlik qabiliyyəti, motivasiyası, təhsil və təcrübələri qiymətləndirilir.
Layihə çərçivəsində ilk təlim kursu sentyabrın əvvəlində başlanacaq və təlimdə 20 nəfər iştirak edəcək. Ümumilikdə isə poqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhəri üzrə 100 nəfər əlilin cəlb olunması nəzərdə tutulub. 
 Onlara ingilis dili, kompüter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə  menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.
Proqram əlil şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 2019 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə