Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə aviasiyası İraqın şimalında terrorçulara zərbələr endirib

Hərbi əməliyyat nəticəsində Metin rayonunda bir neçə yaraqlı məhv edilib

Türkiyə aviasiyası İraqın şimalında terrorçulara zərbələr endirib

Türkiyənin hərbi aviasiyası İraqın şimalındakı Metin rayonunda PKK terror təşkilatının obyektlərinə hava zərbələri endirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Türkiyə Milli Müdafiə Nazirliyindən agentliyə bildiriblər ki, Türkiyə hərbi aviasiyasının İraqın hava məkanındakı uçuşları Rençedəki Antiterror Əməliyyatlar Qərargahı vasitəsi ilə koordinasiya olunur. 
Xatırladaq ki, Türkiyə ordusu bu il mayın sonlarından başlayaraq İraqda antiterror əməliyyatları həyata keçirir. “Rençe-1” əməliyyatı bu il mayın 27-də İraqın Hakurk rayonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi altında keçirilib. İyulda əməliyyatın ikinci mərhələsi təşkil olunub. Hər iki əməliyyat uğurlu olub. Belə ki, yaraqlılar ciddi itkilərə məruz qalıblar. 
Məlumat üçün bildirək ki, PKK terrorçuları bölgədə ilk dəfə 1984-cü ildə peyda olublar. Bu terror təşkilatının əsas niyyəti Türkiyədə sabitliyi pozaraq ölkəni parçalamaqdır. Yaraqlılar son illər ərzində dəfələrlə ağır zorakılıqlarla müşayiət olunan terror aktları həyata keçiriblər. Bu zaman minlərlə günahsız insan həyatını itirib. 
Son illər PKK terror təşkilatının Suriyada PYD və YPG kimi törəmə qurumları meydana çıxıb. Türkiyə dövləti həmin terror qurumları ilə mübarizəni sonadək davam etdirmək əzmindədir. 
Bu arada məlumat yayılıb ki, Əsəd rejiminin qoşunları İdlibdəki deeskalasiya zonasında yerləşən Xan-Şeyxun şəhərinə yaxınlaşır. Rəsmi Ankara dinc əhali arasında ağır itkilərin olacağından narahatdır. Xan-Şeyxun şəhərinin 10 kilometrliyində yerləşən Morik yaşayış məntəqəsində hazırda Türkiyə ordusunun 12 müşahidə məntəqəsi yerləşir. 

M.HACIXANLI, “Xalq qəzeti”

20 2019 10:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə