Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkel: Almaniya “Brexit”lə bağlı hər hansı nəticəyə hazırdır

Angela Merkel: Almaniya “Brexit”lə bağlı hər hansı nəticəyə hazırdır

“The Sunday Telegraph” nəşrinin yaydığı məlumata görə, Almaniya kansleri Angela Merkel Britaniyanın Avropa İttifaqından çıxmasını müzakirə etmək üçün bu həftənin çərşənbə günü Britaniyanın Baş naziri Boris Consonla görüşəcəyini bildirib. 
Boris Conson Avropa İttifaqı liderlərini “Brexit” danışıqlarına başlamağa razı salmağa çalışır. Bu baş verməsə, birliyin ikinci ən böyük üzvünün oktyabrın 31-də müqaviləsiz çıxışı kimi perspektiv gözlənilir. Britaniyanın birlikdən çıxışının yarada biləcəyi iqtisadi nəticələrlə bağlı ciddi narahatlıqlar mövcuddur.
“Biz hər hansı bir nəticəyə hazırıq, bunu deyə bilərik. Hətta müqaviləsiz nəticəyə də. Amma bütün hallarda mən danışıqların son gününə qədər həll tapmağa çalışacam” - deyə, kansler Merkel bildirib.
Merkel əlavə edib: “Mən hesab edirəm ki, müqavilə ilə çıxış müqaviləsiz çıxışdan daha yaxşıdır. Amma əgər bu, mümkün deyilsə, biz alternativə də hazırıq”. 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

20 2019 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə