Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Honq-Konqda etiraz nümayişləri davam edir

Honq-Konqda etiraz nümayişləri davam edir

Honq-Konqda on minlərlə insan həftəsonu yağışlı havada hökumət əleyhinə daha bir etiraz nümayişi keçirmək üçün küçələrə axışıb. Bu, Honq-Konq sakinlərinin narahatlıqlarını bildirmək üçün sayca 11-ci etiraz aksiyasıdır. 

BBC-nin yaydığı məlumata görə, nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz kimi başlayıb. Lakin bundan sonra etirazlar demokratik islahatlar naminə hərəkata çevrilib. 
Mənbə yazır ki, etiraz aksiyası adətən dinc xarakter daşıyır. Lakin bəzi hallarda fəallarla polislər arasında toqquşmalar da baş verir.
Qeyd edək ki, Honq- Konq nümayişlərinin təşkilatçısı Bonni Leunq hesab edilir. O, KİV-ə müsahibəsində hökumətin dinc insanlara qarşı yürütdüyü siyasəti yumşaltmayacağı təqdirdə etriazların davam etdiriləcəyini söyləyib.
Yeri gəlmişkən, Honq-Konq etirazlarından sonmra Ekstradisiya qanunu təxirə salınıb, lakin nümayişlər sakinlərin ərazinin 1997-ci ildə Britaniyadan Çinin idarəçiliyinə qayıtmasından sonra “bir ölkə, iki sistem” mandatı ilə təmin olunan azadlıqların azaldılması ilə bağlı narahatlıqlarına görə davam etdirilir.
Çin təhlükəsizlik qüvvələrinin Honq-Konqla sərhəddə Şenjendə təlimlər keçirməsi Pekinin nümayişləri dağıtmaq üçün qüvvə göndərməyə hazır olduğu ilə bağlı narahatlıqlara səbəb olub. Bu arada, Honq-Konq polisi nümayişləri nəzarətdə saxladığını açıqlayıb.
Xatırladaq ki, ötən həftə nümayişçilərin dünyanın ən məşhur hava limanlarından biri olan Honq-Konq aeroportunda əsas terminalı ələ keçirməsi bütün uçuşların bir neçə gün təxirə salınmasına səbəb olmuşdu. Nümayişçilər və polis arasında toqquşma zamanı polis qüvvələri onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

20 2019 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə