Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyahət gəmilərinə qadağa

Səyahət gəmilərinə qadağa

İtaliya hökuməti sentyabr ayından sonra iri səyahət gəmilərinin Venesiyaya daxil olmasına qadağa qoyub. Məqsəd şəhərin tarixi binalarını qorumaqdır. İlkin mərhələdə kiçik səyahət gəmilərinin Venesiyanın tarixi mərkəzindən uzaqda yerləşən Fusina və Lombardia limanına yan almasına qərar verilib.
Qeyd olunur ki, iyunda baş vermiş qəzada 275 metr uzunluğundakı “Opera” gəmisi kiçik turist qayığı ilə toqquşub və beş nəfər yaralanıb. Həmin qəza da hökumətin bu cür qərar verməsinə təsir edib.
Məlumatı BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 
 

 

20 2019 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə