Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da təyyarə qəzası

ABŞ-da təyyarə qəzası

ABŞ-ın Nyu-York ştatında yüngülmühərrikli “Cessna 303”  təyyarəsi yaşayış evinin üstünə düşüb.

Hadisə yerli vaxtla saat 16:00-da, Yunian Veyl kənd şəhərciyində baş verib.

Təyyarədə üç nəfər olub. Onlardan biri həlak olub, ikisi isə xəsarət alıb. Eyni zamanda yaşayış evində də üç nəfər olub. Onlardan biri həlak olub, digəri ciddi xəsarət alıb. Evdə olan üçüncü şəxs itkin düşüb. Onun axtarışı davam etdirilir.

Polisin məlumatına görə, aviaqəza zamanı ev yanıb.

Faciənin səbəbləri araşdırılır. İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərrikindəki nasazlıq olub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 2019 17:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə