Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə tikilən 48 mənzilli yaşayış binası bu ilin sonlarında istifadəyə veriləcək

İmişlidə tikilən 48 mənzilli yaşayış binası bu ilin sonlarında istifadəyə veriləcək

İmişlidə əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadlinski küçəsində inşa olunan 48 mənzilli yaşayış binasının tikintisində işlərin 85 faizi başa çatıb.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan dördmərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı-pəncələr yerləşdirilib, elektrik, qaz, su xətləri çəkilib, suvaq işləri görülüb. Hazırda otaqların döşəməsi vurulur. Bu başa çatdıqdan sonra mənzillərdə kombi quraşdırılacaq, rənglənmə işləri görüləcək. Binanın dayanıqlı elektrik və su ilə təmin olunması üçün transformator qoyulacaq və 100 tonluq su anbarı tikiləcək.

Yaxın vaxtlarda ərazidə abadlıq işlərinə başlanılacaq, asfalt döşənəcək, yaşıllıqlar salınacaq.

Yaşayış binasının bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

19 2019 17:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə