Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın Müstəqillik gününə həsr olunmuş konsert

Hindistanın Müstəqillik gününə həsr olunmuş konsert

Hindistan Respublikasının Bakıdakı Səfirliyi Hindistanın Müstəqillik gününə həsr olunan mədəni tədbir təşkil etmişdir. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan  Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baitlunq Vanlalvavna şimal-şərqi Hindistanın Assam vilayətinə məxsus “Bihu xalq rəqsi” haqqnda məlumat vermiş və ansamblı  tamaşaçılara təqdim etmişdir. 

Hind xalq rəqsi olan “Bihu” proqramını Rəqs ansamlının üzvləri həzin və oynaq musiqi rəqslərinin ahəngdarlığı altında ifa etmişlər.

Hind rəqs qrupunun çıxışları tələbkar Bakı tamaşaçıları tərəfindən hərarətli alqışlarla qarşılanmış və rəqsçilərə gül dəstələri verilmişdir.

Tədbirin təşkilatçıları, Hindistan Assosasiyası Azərbaycan tərəfindən rəqs ansamblının üzvlərinə hədiyyələr təqdim olunmuşdur.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

19 2019 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə