Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasından verilən məlumatda bildirilir ki, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti icra edəcək.

Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N. Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

19 2019 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə