Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir. Belə hallar araşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bu barədə BMT Baş katibinin 19 avqust Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə bildirilir: "Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur.

Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.

Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər – onlar hər zaman ön sırada olublar.

Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha effektiv edir.

Qadınların iştirakı həmçinin, fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.

Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.

Bununla, biz humanitar yardım əməliyyatlarında qadınların rolunun gücləndirilməsi kimi ortaq öhdəliyimizi bir daha bəyan edəcəyik.

Dünya liderləri və münaqişə tərəfləri, beynəlxalq hüquqa uyğun olaraq humanitar yardım işçilərinin qorunmasını təmin etməlidir.

Ümumdünya Humanitar Yardım günündə, eləcə də hər gün, dünyanın müxtəlif yerlərində çalışan humanitar yardım işçilərinin yanındayıq".

19 2019 15:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə