Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qara qutu” tapıldı

“Qara qutu” tapıldı

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, təlim uçuşu zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrimizə məxsus Miq-29 təyyarəsinin “qara-qutu”su tapılaraq dənizdən çıxarılıb.

Hazırda qara qutudakı məlumatların oxunması ilə bağlı texniki işlər həyata keçirilir.

Həmçinin, təyyarənin digər qalıqlarının  dənizdən çıxarılması üzrə tədbirlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, iyulun 24-ü gecə saat 22 radələrində təlim uçuşu həyata keçirən Miq-29 təyyarəsi ilə əlaqə kəsilmiş və təyyarə radarlardan itmişdi. İlkin ehtimal - təyyarənin Xəzər dənizinə düşməsi ehtimalı özünü doğrultmuş və təyyarənin bəzi qalıqları dənizin dibindən çıxarılmışdır. Qəzaya uğramış təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları isə davam etdirilir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 2019 12:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə