Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Su-30SM təyyarələri Belarus Hərbi Hava Qüvvələrinə təhvil verilib

Yeni Su-30SM təyyarələri Belarus Hərbi Hava Qüvvələrinə təhvil verilib

Belarus Hərbi Hava Qüvvələri Rusiyadan sifariş etdiyi 12 ədəd çoxməqsədli qırıcı təyyarəni Su-30SM-ləri silahlanmaya qəbul edib.

Belarus, artıq istismar müddətini başa vurmaqda olan Miq-29 təyyarələrini Su-30SM-lərlə əvəz etməyi hədəfləyib. 4+ nəsil hesab edilən Su-30SM çoxməqsədli təyyarələrin digər versiyalarından fərqi, təyyarəyə quraşdırılmış yeni AL-31-FP mühərrikidir. Bu mühərrik Su-27 qırıcısında tətbiq edilmiş mühərrikin modernləşdirilmiş versiyasıdır.

“Suxoy” şirkətinin istehsalı olan Su-30SM – Su-27-nin yeni versiyası olaraq, istənilən hava şəraitində hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirtmək üçün nəzərdə tutulmuş çoxməqsədli qırıcı təyyarədir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 2019 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə