Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kamerun, Nigeriya və Konqolu qadınlar Qarabağ həqiqətləri ilə tanış olub

Kamerun, Nigeriya və Konqolu qadınlar Qarabağ həqiqətləri ilə tanış olub

Milli Məclisin deputatı Qənirə Paşayeva Kamerunun qadınların səlahiyyətlərinin genişləndirilməsi və ailə naziri M.T. Abena Ondoa Nee Obama ilə görüşündə Azərbaycanın Kamerun ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağına inandığını deyib. O, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.  Nazir Marie Therese Abena Ondoa nee Obamaya Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.

Q.Paşayeva eyni zamanda Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.  Fəal qadınlar  Azərbaycanla əməkdaşlığın daha da  inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini və edəcəyinə inamlarını xüsusi vurğulayıblar. Görüşlər zamanı Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

Q.Paşayeva onları ölkəmizə dəvət edib. Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə  bağlı da geniş məlumatlar verib. Qadınlar Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Q.Paşayeva görüşlərdə onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə