Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qalıb

Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qalıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb. Klinikanın  neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı deyir ki, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Və bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbilə döl təcili olaraq xaric edilib:

“Diaqnoz ana və uşaqda Rh uyğunsuzluğu, Hidrops fetalis, Anemiya, Assit, Ağır trombositopeniya və Böyrək çatışmazlığıdır. Hemoglobin 7q/dl - doğulan zaman qan transfuziyası olunub, parasentezle qarın boşluğundan 450ml maye xaric edilib, böyrək catışmazlığının müvafiq müalicə planı tərtib olunub”.

Neonatoloq  hesab edirlər ki, bu diaqnozla körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun apardığı lazımi tədbirlərin nəticəsidir. Əgər ginekoloq tərəfindən ana bətnində dölə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur. Lakin kritik dönəmdən keçərək 20 günlük müalicədən sonra uşağın sağlam şəkildə evə yazılması isə neonatalogiyanın uğurudur”.

Dəfələrlə övlad itkisi yaşamış ailənin bu dəfə evinə sağlam körpə ilə  getməsi Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun, uşaq dünyaya gəldikdən sonra isə klinikanın neanotologiya şöbəsinin  müdiri Aygün xanımın verdiyi böyük əməyin nəticəsidir . Aygün xanım bu işin komanda işi olduğunu, söbədə gecə-gündüz calışan əməyi kecən əməkdaşlarını dəyərləndirdiyini bildirmiş, onlara minnətdarlıq etmişdir.

Uğurlu əməliyyatdan sonra ana göz yaşlarını saxlaya bilməyib, həkimlərə sonsuz təşəkkürlərini çatdırıb. Bu ailənin sevincində cərrah Murad Əlibəyov və komandası, kardioloq Elşad Rzayev, sonograf Fexriyye Emrahovanın və digərlərinin də payı var.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə