• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yenə heç-heçə

Yenə heç-heçə

Azərbaycan komandası UEFA Millətlər Liqası tirnirinin ikinci turunda da ondan gözlənilən qələbəni qazana bilməyib yenə heç-heçə ilə kifayətlənməli oldu. Bu dəfə səfərdə oynayan millimiz artıq 10-cu dəqiqədə 11 mertlik zərbə ilə hesabı açan Malta komandasının uğuruna 16 dəqiqədən sonra Təmkin Xəlilzadənin mükəmməl zərbəsi ilə cavab versə də, təəssüf ki, qalan bir saatdan da çox vaxt ərzində qələbə topu vurmaq mümkün olmadı, komandamızın gücü yalnız ­heç-heçəyə çatdı – 1:1.
Həmin axşam “D” divizionunun 3-cü qrupunda keçirilən digər oyunda isə Kosovo futbolçuları pərəstişkarlarını Farer adaları komandası üzərində qələbə ilə sevindirmişlər – 2:0.
İndi iki turdan sonra qrupun lideri Kosovonun 4, turnir cədvəlinin sonrakı pillələrində olan Farer adaları futbolçularının 3, Azərbaycan millisinin 2, Maltanın 1 xalı var. Yığmamız birinci dövrənin son görüşünü də səfərdə keçirəcək, oktyabrın 11-də Farer adaları komandasının qonağı olacaq. 
Sentyabrın 10-da Millətlər Liqası ­turnirinin ikinci turu çərçivəsində keçirilmiş görüşlərdən Türkiyə ­komandasının (“B” divizionu, 2-ci qrup) rəqib meydanında İsveç yığması üzərində əzmkar qələbəsini xüsusi qeyd etmək olar. Görüşün birinci hissəsində meydan sahibləri hesabda iki top üstünlüklə irəli çıxmış, amma fasilədən sonra Türkiyə futbolçuları möhkəm iradə və əsl qələbə əzmi nümayiş etdirərək üç dəqiq zərbə ilə oyunun taleyini öz xeyirlərinə həll etmişlər – 3:2.
Qalan görüşlər isə belə nəticələnmişdir: Portuqaliya – İtaliya – 1:0, Şotlandiya – Albaniya –2:0, Çernoqoriya – Litva – 2:0, Serbiya – Rumıniya – 2:2, Andorra – Qazaxıstan – 1:1.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

11 2018 21:01 - İDMAN
İDMAN
19 Sentyabr 2018 | 16:39
Finişin üç addımlığında
19 Sentyabr 2018 | 01:14
Birinci onluqda
19 Sentyabr 2018 | 01:13
Fransız hakim Fransua Leteksye
16 Sentyabr 2018 | 01:11
Rusiya – Kuba – 11:9

Ən son xəbərləri səhifəmizdən də izləyin