Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan 2016-cı ilin Aprel “dərslərini” unutmamalıdır!

Paşinyan 2016-cı ilin Aprel “dərslərini” unutmamalıdır!

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər zaman dövlət siyasətinin prioritetini təşkil edib və bu gün də belədir. Ulu öndərin xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışından və möhtrəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi gündən bu vaxta qədər münaqişənin Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində bütün imkanlardan istifadə edilib. Ancaq Ermənistan rəhbərliyi hər dəfə danışıqlar masasından yayınır və işğalçı siyasətindən əl çəkməyərək, mövcud status-kvonun saxlanılması yolunda hər cür siyasi riyakarlığa əl atır, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik edir.

Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə hamı münaqişənin nizamlanması istiqamətində qətiyyətli addımlar atılacağına ümid bəsləyirdi. Axı baş nazir Nikol Paşinyan hələ meydan hərəkatı zamanı bol-bol vədlər verir, Ermənistanı demokratik ölkəyə çevirəcəyini, sabitlik yaradacığını vəd edirdi. Sən demə, bu da növbəti erməni riyakarlığı, erməni həyasızlığı imiş. Onun bu yaxınlarda Azərbaycanın işğal altındakı Xankəndi şəhərində səsləndirdiyi məntiqsiz, düşüncəsiz, münaqişəni daha da qızışdıran bəyanatı sülh danışıqlarını dalana dirədi. Baş nazirin bu bəyanatından sonra Ermənistanda yerli əhali təlaş içərisindədir. Azərbaycanın hər an hərbi əməliyyatlara qərar verəcəyi barədə məlumatlar onlarda ciddi narahatlıq yaradıb. Bu səbəbdən Paşinyana etiraz edən ermənilərin sayı getdikcə artmaqdadır.
Paşinyanın qeyri-konstruktiv və qeyri-adekvat bəyanatları artıq yerli əhalini bezdirib. Onun bir-birinə uyğun gəlməyən bəyanatları bütün siyasi elitanı biabırçı vəziyyətə salıb və işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirib. Görünür, o, 2016- cı ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi “dərsi” unudub. Ona görə də belə sərsəm bəyanatlar səsləndirir. Baş nazirin belə bəyanatlar səsləndirməsinin bir məqsədi də ABŞ səfəri öncəsi erməni diasporunu ələ almaq, pul toplamaqdır. 
Təəccüblüdür ki, işğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan da Paşinyanın bəyanatını müdafiə edib. Onun “Ermənistanın baş naziri İrəvanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndidə – H.M.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur” – deməsi İrəvanın danışıqların perspektivləri ilə bağlı gözləntilərin üstündən xətt çəkməsidir.
N.Paşinyan keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryandan da radikal mövqe sərgiləməkdədir. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin paytaxtlarında – Paris, Moskva və Vaşinqtonda – keçirilən danışıqların və əldə olunan razılaşmaların ardınca Paşinyanın sərgilədiyi mövqe münaqişəni daha da alovlandırmaqdan başqa bir şey deyil.
Hələlik nə ATƏT-dən, nə BMT-dən, nə də həmsədr ölkələrin paytaxtlarından Paşinyanın münaqişəni daha da alovlandıracaq sərsəm çağırışına heç bir reaksiya yoxdur. Xarici işlər naziri Z.Mnatsakanyanın isə bu ikrah doğuran bəyanatının ardınca utanmazcasına azərbaycanlı həmkarı ilə görüşdən dəm vurması siyasi riyakarlığın bariz nümunəsindən xəbər verir. 
Dövlət başçısına xas olmayan bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa tamamilə ziddir, eyni zamanda, münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirir. 
Görünür, Nikol Paşinyan öz xalqına 2016-cı ilin Aprel “dərslərini” yenidən “töhfə” vermək istəyir.

 

Havva MƏMMƏDOVA, 
tarix elmləri doktoru, professor

17 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə