Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Marionet Teatrı Fransada beynəlxalq festivala qatılacaq

Bakı Marionet Teatrı Fransada beynəlxalq festivala qatılacaq

Sentyabr ayında Fransanın Şarlövil-Mezyer şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, 1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında 30-dan çox ölkənin truppaları tamaşalar təqdim edirlər. Festival iki ildən bir keçirilir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

17 2019 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə