Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzeyir musiqi günləri bu il daha maraqlı olacaq

Üzeyir musiqi günləri bu il daha maraqlı olacaq

Bu dəfə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən fərqlənəcək. Ötən illərdə Üzeyir festivalı ən çoxu 10-11 gün davam edirdi, bu dəfə isə sentyabrın 18-dən 30-dək, yəni 13 gün ərzində çeşidli konsert proqramları və opera-balet tamaşaları, ustad dərsi, “dəyirmi masa”lar, təqdimat və yubiley gecələri ilə birlikdə 40-dan çox tədbiri əhatə edəcək. Bu barədə Mədəniyyət Mazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda Türkiyə, Çin, ABŞ, Rusiya, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac və başqaları iştirak edəcəklər.
 Sentyabrın 18-də – Üzeyir Musiqi Günündə başlayacaq festivalın Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunacaq açılış konsertində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist qismində rusiyalı violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış edəcək.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

17 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə