Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Birgə Əməliyyatlar Mərkəzi gələn həftə fəaliyyətə başlayacaq

Türkiyəli nazir yeni qurumun yaradılması prosesini şərh edib

Hulusi Akar: Birgə Əməliyyatlar Mərkəzi gələn həftə fəaliyyətə başlayacaq

Türkiyə və ABŞ qoşunlarının Suriyadakı hərbi əməliyyatlarının əlaqələndirilməsi məqsədilə yaradılan Birgə Əməliyyatlar Mərkəzi gələn həftə tam gücü ilə fəaliyyətə başlayacaq. Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamasını “Anadolu” agentliyi yayıb. 
Nazirin sözlərinə görə, artıq tərəflər məsələlər, o cümlədən Suriyada yaradılacaq təhlükəsizlik zonalarının hava məkanına nəzarət və hərbi uçuşların əlaqələndirilməsi üzrə prinsipial razılığa gəliblər. 
H.Akar sonra deyib: “Bu vaxta qədər müəyyən edilmiş planlar heç bir gecikməyə yol verilmədən vaxtında həyata keçirilib. Ümid edirik ki, işlər bu qayda üzrə davam edəcək. Biz bu prosesi nəzarətdə saxlayırıq”. 
Nazir vurğulayıb ki, Ankara üçün NATO üzrə müttəfiqləri tərəfindən PKK və YPG və terror təşkilatlarının dəstəklənməsi qəbuledilməzdir. 
Bu, sadəcə anlaşılan deyil. Türkiyə buna təcili şəkildə son qoyulmasını gözləyir. 
Bu arada Suriyada Əsəd rejimi və onu himayə edən qüvvələrin qırıcı təyyarələrinin İdlibdəki yaşayış məntəqələrini bombardman etməsi barədə məlumatlar yayılıb. Xəbərdə deyilir ki, bu zaman iki sakin ölüb və 23 nəfər yaralanıb. 
Xəbərdə, həmçinin deyilir ki, son sutka ərzində İdlibin bir sıra rayonları ağır hava zərbələrinə məruz qalıb. 

M.HACIXANLI, “Xalq qəzeti” 

17 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə