Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

Yaponiya “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

NHK “Wold” telekanalını məlumatına əsasən, Yaponiya hökuməti Müdafiə Nazirliyinin “Lockheed Martin” korporasiyasından qısa uçuşa və şaquli enişə malik “F-35B Lightining” hərbi təyyarələrinin alınması barədə planı təsdiqləyib.

Bildirilir ki, “F-35B Lightining” qırıcıları texniki-taktiki keyfiyyətləri ilə özünümüdafiə qüvvələrinin bütün tələblərinə cavab verir. 2020-ci ildə altı belə təyyarənin alınması nəzərdə tutulur. 2023-cü ilədək isə onların sayının 18-ə çatdırılması planlaşdırılır. Bu təyyarələrin hər birinin dəyəri təqribən 130 milyon dollar təşkil edir.
Yaponiya həmin təyyarələri “Izumo” və “Kaga” aviadaşıyıcıları üçün alır. Lakin həmin təyyarələrin daim bu gəmilərin göyərtəsində yerləşdirilməyəcəyi, yalnız ehtiyac yaranacağı təqdirdə onlardan kəşfiyyat məqsədilə və ya hərbi təlimlərin keçirilməsi üçün istifadə ediləcəyi bildirilir.
Yaponiya özünümüdafiə qüvvələri üçün, ümumilikdə, 42 ədəd “F-35B Lightining” qırıcısının alınması planlaşdırılır. 
Xatırladaq ki, ötən ay Yaponiya Müdafiə Nazirliyi 105 ədəd “F-35A” qırıcısının alınması planını açıqlamışdı.
Yaponiyada cari maliyyə ilinin büdcəsində müdafiə xərcləri təqribən 47,5 milyard dollar məbləğində müəyyən edilib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

17 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə