Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya şərtləri açıqlayıb

Rusiya şərtləri açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Kuril adalarının Yaponiyaya verilməsinin şərtlərini açıqlayıb. 
Rusiya KİV-nin məlumatına görə, Sergey Lavrov deyib ki, Moskva Kuril adalarını Yaponiyaya bir şərtlə verə bilər: “Yaponiya İkinci dünya müharibəsinin nəticələrini tanıyıb, sülh müqaviləsi imzalayarsa, o zaman Kurilin iki adası Yaponiyaya verilə bilər”.
Lavrov xatırladıb ki, Rusiya SSRİ-nin hüquqi varisi olduğundan 1956-cı il Bəyannaməsini tanıyır və iki Kuril adası ancaq Yaponiya ilə sülh müqaviləsi imzalandıqdan sonra verilə bilər. O deyib: “Hələlik bizim yaponiyalı həmkarlarımız İkinci dünya müharibəsinin nəticələrini tanımaq istəmir və bu da sülh müqaviləsinin imzalanmasına mane olur. Fikirləşirəm ki, vəziyyət elə də dalana dirənməyib”.
İkinci dünya müharibəsinin nəticələri Tokio tərəfindən tanınmadığından 70 ildən artıqdır ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmır. 1956-cı il Bəyannaməsinin şərtlərinə görə, Yaponiya müharibənin nəticələrini tanıyıb, sülh müqaviləsi imzalayacağı təqdirdə ancaq 4 Kuril adasından ikisi Şikotan və Xabomai adaları Yaponiyaya qaytarılır. İturup və Kunaşir Rusiyanın tərkibində qalır. Yaponiya isə həmin bəyannamənin şərtlərini qəbul etməyərək, 4 adaya iddia edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

17 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə