Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp İmran Xanla bölgədəki vəziyyəti müzakirə edib

Donald Tramp İmran Xanla bölgədəki vəziyyəti müzakirə edib

Kəşmir ətrafında yaranan gərginliyin artmasından sonra ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanı münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. Bu barədə Ağ evin mətbuat katibi Hoqan Hidli jurnalistlərə verdiyi açıqlamada bildirib. 
Hoqan Hidli bildirib ki, ABŞ lideri Donald Tramp məsələ ilə bağlı Pakistanın Baş naziri İmran Xanla bölgədəki vəziyyəti müzakirə edib.
 Qeyd olunub ki, ABŞ lideri Cammu və Kəşmir ştatı ətrafında yaranan problem daxil olmaqla Hindistan və Pakistan arasında gərginliyin dilaoq vasitəsilə həllinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Hindistan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu, Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

17 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə