Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxusuzluq insulta səbəb olur

Yuxusuzluq insulta səbəb olur

Gün ərzində altı saatdan az yatmaq insan orqanizmi üçün təhlükəlidir. Böyük Britaniya alimlərinin tədqiqatı nəticəsində bəlli olub ki, bu hal gələcəkdə ürəyin işemik xəstəliyinə və insulta səbəb ola bilər. Bildirilir ki, alimlər 2 min nəfər üzərində təcrübə apardıqdan sonra bu qənaətə gəliblər. Alimlər qeyd edirlər ki, az yatmaq, həmçinin əzələ kütləsinin itirilməsi və çəki artımı kimi anomal hallar yarada bilər. Mütəxəssislər gün ərzində 8 saat yuxu yatmağı tövsiyyə ediblər. 
Xəbəri “Medikforum” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

17 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə