Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz kubok və medalla təltif olunublar

“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz kubok və medalla təltif olunublar

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.
“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası kubok və medalla təltif olunub.

 

“Xalq qəzeti”

17 2019 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə