Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir

Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir

Builki alpinizm mövsümündən sonra Nepal hökuməti tərəfindən yaradılmış xüsusi komissiya Everesti fəth etmək istəyənlər üçün tələbləri sərtləşdirməyi qərara alıb.

Bundan sonra dünyanın ən yüksək zirvəsinə qalxmaq arzusunda olanlar daha çox rüsum ödəməli və daha çox sənəd təqdim etməlidirlər.

Qeyd olunur ki, alpinistlər 8 848 metrlik zirvəni fəth etmək üçün bundan əvvəl 6 500 metr hündürlükdə zirvəyə çıxdıqlarını təsdiq edən sənəd təqdim etməlidirlər. Bundan başqa, Everestə çıxmaq üçün rüsum 11 min dollardan 35 min dollaradək qaldırılıb.

Qeyd edək ki, bu il yaz alpinizmi mövsümündə Everestə çıxarkən 11 nəfər həlak olub.

 

“Xalq qəzeti”

17 2019 16:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə