Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Аzərbaycanda demoqrafik vəziyyət

Аzərbaycanda demoqrafik vəziyyət

İlin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10 milyon 19 min 575 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olmuşdur.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalmışdır. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6-dan 5,9-a düşmüşdür.

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, ölkədən 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil etmişdir.

 

“Xalq qəzeti”

17 2019 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə