Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qafqaz neoliti” filmi sentyabrda yayımlanacaq

“Qafqaz neoliti” filmi sentyabrda yayımlanacaq

Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq  Birliyində istehsalı başa çatan “Qafqaz neoliti” adlı sənədli film Azərbaycanın 8 min yaşlı Neolit dövrü abidələrinə həsr olunub.

Kür çayının orta axarında, Tovuz rayonunda yerləşən, dünya arxeoloqlarının Qafqaz neoliti adlandırdıqları bu qədim abidə kompleksi Azərbaycanın ilkin sivilizasiya yollarından soraq verir. Göytəpə arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin, Yaponiya, Fransa, İtaliya alimlərinin çıxışları, canlı arxeoloji qazıntılar, unikal tapıntılar bir-birini əvəz və davam etdirir, film bütöv tarix, sivilizasiya obrazını canlandırır.

Filmin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, operatoru Elxan Rüstəmov, montaj rejissoru Yaqub Həsənov, səs rejissoru Ceyhun Ağayev, prodüseri Ramiz Həsənoğludur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 2019 12:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə