Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qızmar günəş altında" filminin Gülpərisi kimdir?

Həmin filmin qəhrəmanı Sürəyya Qasımovadır. 

O, 1953-cü ildə Tiflisdəki 49 nömrəli qadın rus orta məktəbini əla qiymətlərlə bitirib, elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi.

Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib.

Sürayya hələ Tiflisdə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.

Sürəyyaya həm də gözəl səsə malik olub. O, ən çox xalq mahnılarını və seygahları ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifaşı haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə demişdi: Sürəyya "balaca Şövkətdir".

Sürəyya quruluşçu rejissoru Lətif Səfərovun olduğu "Qızmar Günəş altında" filmində Gülpəri roluna çəkiləndən sonra aktrisalığa davam edib. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilib.

1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayır. Bir muddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə muəllim təyin edirlər.

Sürəyya Qasımova təqaüdə çıxandan sonra dünyasını dəyişib. Onun  həyatda heç kimi qalmayıb, həyat yoldaşı da, övladı da vəfat edib.

 

Hazırladı:
M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

17 2019 11:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə