Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyanada təhsil alan ilk azərbaycanlı dirijor

Vyanada təhsil alan ilk azərbaycanlı dirijor

Abuzər Manafzadə 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. 4-cü sinifədək Xırdalanda 4 nömrəli orta məktəbdə oxuyub. Eyni zamanda, musiqi məktəbində fortepianodan dərs alıb. Orta təhsilini Türkiyənin İstanbul şəhərində Mimar Sinan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən liseydə başa vuraraq, 2007-2012-ci illərdə həmin konservatoriyanın fortepiano fakültəsinin bakalavr pilləsində oxuyub və eyni zamanda bəstəkarlıq təhsili alıb.

Sonra bir il yarım həmin konservatoriyanın dirijorluq fakultəsində təhsilini davam etdirib. 2017-ci ildə Viyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinə ilk azərbaycanlı kimi qəbul olunub. Hazırda Viyanada dirijorluq, Linz şəhəri Anton Brukner Universitetində isə piano üzrə magistratura təhsili alır. İndiyədək xeyli mükafata layiq görülüb. Beynəlxalq müsabiqələr laureatıdır...

...Atası pianoçu və dirijor, əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Anası Şükufə xanım Manafova piano müəllimi kimi çalışır. Bacısı əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Ömür-gün yoldaşı Karen xanım isə Almaniya vətəndaşıdır. O da gənc musiqiçidir...

İstedadlı ifaçı olduğu kimi həm də gözəl bəstəkardır. İlk dəfə balaban və simfonik orkestr üçün konserti o, yazıb. ABŞ-ın Kaliforniya ştatında baş tutan bu konsert amerikalılar tərəfindən hərarətlə qarşılanıb. Arzusu Avropa, Amerika səhnələrində Azərbaycan musiqisini təbliğ etmək, vətənimizi əcnəbilərə sevdirməkdən ibarətdir. Nyu York, Viyana, Berlin filarmoniyalarında dirijorluq etmək isə onun ən böyük arzusudur...

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 2019 11:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə