Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” Cocuq Mərcanlıda

“Azercell” Cocuq Mərcanlıda

Ölkənin telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC Cocuq Mərcanlıya səfər edib. Sosial yönümlü layihələrin dəstəkçisi və təşəbbüskarı olan şirkət Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı tam orta məktəbinin şagird və müəllimləri ilə görüşüb, onları məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıb. 

Tədbir zamanı məktəbin direktoru Zamin Həziyev “Azercell”in bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Fəaliyyətləri boyunca on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə, yaşlılara və məcburi köçkünlərə tibbi yardım göstərən “Azercell”in “Mobil Göz” və “Mobil Diş” klinikaları da səfərə qoşulub. Klinikalar 60-dan çox Cocuq Mərcanlı sakinini müayinədən keçirib. 
Cocuq Mərcanlı düşmən işğalından azad olunduqdan sonra “Azercell” bu ərazidə stansiya quran ilk operator olub. Cari ilin yanvar ayında bura səfər edən “Azercell” kənd sakinlərinə telefon nömrələri və digər dəyərli hədiyyələr təqdim edib. Şirkət analoji səfərlərini avqust ayı ərzində davam etdirəcək. 
İstifadəçilərin artan tələblərini qarşılamaq üçün “Azercell” 2018–2019-cu illərdə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Bu müddət ərzində ölkənin 60-a yaxın rayon və şəhərində 1007 yeni LTE stansiyası qurulub, ümumi stansiyaların sayı 7000-i ötüb. “Azercell” son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. 

 

“Xalq qəzeti” 

16 2019 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə