Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münaqişə yenidən alovlanır

Münaqişə yenidən alovlanır

“Reuters” agentliyinin yaydığı məlumata görə, Pakistanla Hindistan arasında mübahisəli Kəşmir problemi ilə bağlı baş verən toqquşmalarda azı dörd pakistanlı əsgər həlak olub, xeyli sayda yaralı var.
Mənbənin Pakistan mətbuatına istinadla verdiyi xəbərdə isə bildirilir ki, atışmada beş hindistanlı əsgər öldürülüb.
Xatırladırıq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Cammu və Kəşmirin yerinə federal hökumətin təşəbbüsü ilə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisi yaradılacaq. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistanla münasibətlər daha da gərginləşib.

 

Rövşən ATAKİŞİYEV,  “Xalq qəzeti”

16 2019 22:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə