Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə: Akkuyu AES-in tikintisi sürətləndirilir

Türkiyə: Akkuyu AES-in tikintisi sürətləndirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Fərmanda vurğulanır ki, ölkədə elektrik enerjisinə artan tələbın ödənilməsi, ixrac olunan enerji daşıyıcılarından asılılığın azaldılması və onların şaxələndirilməsi məqsədilə Akkuyu AES-in tikintisinin uğurla reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Layihədə iştirak edən müvafiq təşkilatlara və idarələrə tikinti prosesinin sürətləndirilməsinə maksimum kömək və dəstək göstərmək tapşırılır.
Qeyd edək ki, “Akkuyu” atom elektrik stansiyasının tikintisi Rusiya Federasiyasının “Rosatom” agentliyinin layihəsi üzrə aparılır. AES-in birinci enerji blokunda tikinti işlərinə 2018-ci ilin aprelində başlanılıb. Ümumi dəyəri 20 milyard dollar olan layihəyə Rusiyanın reaktor qurğularından ibarət dörd enerji bloku daxildir. AES-in birinci blokunun 2023-cü ildə işə salınması planlaşdırılır. Sonra isə hər il bir blok istifadəyə veriləcək.
Xatırladaq ki, “Akkuyu” AES-in təməlinin qoyulması ilə bağlı təntənəli mərasimdə Türkiyə və Rusiya prezidentləri R.T.Ərdoğan və V.Putin iştirak edərək çıxış ediblər. Dövlət başçılarının fikrincə, son illər iki dövlət arasında siyasi, iqtisadi, mədəni əlaqələrin güclənməsi regionun sürətli inkişafına töhfə verəcək. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

16 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə