Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya müdafiə xərclərini artırır

Almaniya müdafiə xərclərini artırır

BBC-nin yaydığı məlumata görə,  Almaniyanın kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların qoşun kontingentinin AFR-dən  çıxaracağı və Polşada yerləşdirəcəyi ilə bağlı təhdidinə baxmayaraq, NATO-nun məqsədləri üçün müdafiə xərclərini artırmaq fikrində olmadığını açıqlayıb.
Berlində keçirilən mətbuat konfransında çıxış edən Merkel deyib ki, AFR NATO-nun hədəflərinə uyğun olaraq özünün müdafiə xərclərini mərhələli şəkildə artırmağı planlaşdırır. O, qoşunları bu ölkənin ərazisində saxlamağın ABŞ üçün də sərfəli olduğunu vurğulayaraq deyib: “Düşünürəm ki, ABŞ əsgərlərinin Almaniyadan dislokasiya olunması onların özləri  üçün də çox yaxşıdır”. 
ABŞ-ın Polşadakı səfiri Korsette Mosbaçer rəsmi Vaşinqtonun müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində artırmaq barədə Berlinin qarşısında qoyduğu tələblə bağlı “Twitter” səhifəsində yazıb: “Polşa NATO-nun qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində müəyyən edib. Almaniya isə bunu etməyib. Biz Amerika qoşunlarının Almaniyadan Polşaya köçürülməsini alqışlayarıq”.
ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell isə bildirib ki, Almaniyanın öz ticarət gəlirlərini daxili məqsədlərə yönəltdiyi bir şəraitdə 
ABŞ-ın vergi ödəyicilərinin bu ölkədəki 50 min əsgərin xərcini ödəməyə davam edəcəyini gözləmək düzgün olmazdı. Avropanın ən qüdrətli iqtisadiyyatına malik olan Almaniya NATO-nun məqsədləri üçün öz büdcəsindən ÜDM-nin cəmi 1,36 faizi həcmində vəsait ayırır. Merkel hökuməti bu rəqəmin 2024-cü ilədək 1,5 faizə çatdırılmasında təkid edir.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

16 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə