Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayət yerində araşdırılıb

Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə 4 ədəd ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri 2 gün ərzində məlum olacaq və nəticələrə uyğun olaraq qanunamüvafiq tədbirlər görülücək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan “məcburi göstəriş”  verilib.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

                             

 

2 2018 17:56 - EKOLOGİYA
EKOLOGİYA
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir

Köhnə versiyamızdan xəbərləri izlə