Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ticarət müharibəsi Vaşinqtona böyük zərər vuracaq”

“Ticarət müharibəsi Vaşinqtona böyük zərər vuracaq”

ABŞ-ın Çindən idxal olunan mallara yeni gömrük rüsumlar tətbiq etməsi Birləşmiş Ştatların öz iqtisadiyyatına mənfi təsir edəcək və onun iqtisadiyyatının artımını azalda bilər.
Bu bəyanatla Çinin İctimai Elmlər Akademiyası yanında Hesab və Texniki institutunun əməkdaşı Lou Fen bildirib. O məsələni daha geniş şərh edərək deyib: “Bizim İnstitutun komandasının qiymətləndirilməsinə əsasən, Çindən idxal olunan mallara gömrük rüsumlarının 10 faiz artırılması iqtisadiyyatın artımını 0,06 bənd azaldacaq, istehlak qiymətlərinin indeksinin 0,16 bənd artması və sosial təminatın 8,2 milyard dollar azalması ilə nəticələnəcək”.
Digər iqtisadçı –Uhan Universitetindən Quan Tao isə vurğulayıb ki, əlavə gömrük rüsumlarının tətbiqi, ilk növbədə, ABŞ istehsalçılarının maraqlarına, həmçinin ABŞ-ın beynəlxalq reputasiyasına təsir edəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ildə 300 milyard dollar dəyərində Çindən idxal edilən mallara 10 faiz gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Tramp ­ABŞ-ın nümayəndə heyətinin “gələcək ticarət əməliyyatı ilə əlaqədar konstruktiv danışıqlar apardıqları Çindən yeni qayıtdıqlarını” söyləyib.
“Üç ay əvvəl Çinlə sövdələşdiyimizi düşünürdük, amma təəssüf ki, Çin sazişi imzalamadan əvvəl yenidən nəzərdən keçirmək qərarına gəldi. Danışıqların bir hissəsi olaraq ABŞ sentyabrın 1-dən Çindən 300 milyard dollar dəyərində olan mallara –10 faiz əlavə rüsum tətbiq etməyə başlayacaq” - deyə ABŞ lideri “Twitter” səhifəsində yazıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

16 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə