Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq dayandırılıb

Əməkdaşlıq dayandırılıb

Türkiyədə öz aktivləri üzrə ən böyük dövlət bankı olan “Ziraat Bank” Birləşmiş Ştatların Venesuela ilə bağlı tətbiq etdiyi sanksiyalara görə bu ölkənin Mərkəzi Bankı ilə əməkdaşlığını dayandırıb.
Venesuelanın əsas maliyyə müəssisəsi Türkiyənin dövlət bankı vasitəsilə podratçılara əmək haqqı, pul köçürmələri üzrə əməliyyatları həyata keçirir, həmçinin milli türk valyutası lirə ilə məhsulun idxalı üçün ödənişi qəbul edirdi.
Qeyd edilir ki, “Ziraat Bank”dan xəbər təsdiqlənsə də, amma bununla bağlı ətraflı məlumat verilməyib. Venesuela Mərkəzi bankının rəsmi nümayəndəsi də hələlik yaranmış vəziyyəti şərh etməyib.
İnformasiyanı “Bloomberg” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

16 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə