Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla  60-90 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyət

Avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Avqustun 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 28 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 115 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Avqustun 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 45 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 16-da isə 348 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 65 sm qeydə alınıb. 2018-ci il avqustun 16-da isə bu rəqəm 221 sm təşkil edib. Salyanda suyun səviyyəsi 9 sm artaraq 89 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 155 sm olub və bu göstərici 2018-ci il avqustun 16-da 173 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 30 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il avqustun 16-da  isə 70 sm təşkil edib.

 

Hazırladı:
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

16 2019 17:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə