Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlin I yarısında qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 59 faizə çatıb

İlin I yarısında qeyri-neft  sektorunun ÜDM-də xüsusi çəkisi 59 faizə çatıb

Bu ilin ilk yarısında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,3 faiz  artıb. Hesabat dövründə 18,8 milyon ton əmtəəlik xam neft, 12 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.   Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq neft hasilatı 3 faiz, qaz hasilatı 35 faiz artıb. 

Qeyri-neft  sektorunda 2019-cu ilin I yarısında yaradılan əlavə dəyər 2018- ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 3,2 faiz artıb və nominal olaraq 22,3 milyard manat təşkil edib. Onun ÜDM-də xüsusi çəkisi 59 faizə çatıb. 

Hesabat dövründə qeyri-neft sektorunun əksər sahələri üzrə artım qeydə alınıb. Kənd təsərrüfatı, informasiya və rabitə kimi sahələrdə  daha yüksək artım nəzərə çarpıb. 

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə