Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişlənir

Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişlənir

Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb. 

Prezident İlham Əliyev hələ 2014-cü ilin iyun ayında Aİ ilə əlaqələrimizi xarakterizə edərək bildirib ki, Azərbaycan Aİ-yə mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim üçün strateji mahiyyət daşıyan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Azərbaycan bu gün Aİ ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib.

Azərbaycan ilə Aİ arasında aqrar sahədə ticarət dövriyyəsinin həcminin artırılması da diqqət mərkəzində saxlanılır. Ötən il respublikamızla  bu qurum arasında aqrar sahədə ticarət dövriyyəsinin həcmi 240,7 milyon dollar təşkil edib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial mövcuddur. Azərbaycana ötən il bu ölkələrdən 166 milyon dollarlıq məhsul idxal olunub, Azərbaycandan isə 74,7 milyon dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri idxalın əsasını təşkil edib. İxracın 96 faizi fındığın, 1,7 faizi nar şirəsinin payına düşüb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə