Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜDM-in 44, 6 faizi sənayedə istehsal edilib

ÜDM-in 44, 6 faizi sənayedə istehsal edilib

Bu ilin ilk yarısında ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6131,6 milyon manat təşkil edib. Qeyri-neft sektoruna 3772,7 milyon manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,1 faiz  çoxdur. Cəmi investisiya qoyuluşlarının 46,6 faizi dövlət, 53,4 faizi özəl sektorun payına düşüb. 

Əsas kapitala yönəldilən investisiyaların 71,3 faizi daxili mənbələr, 28,7 faizi isə xarici mənbələr hesabına formalaşıb. 

Hesabat dövründə əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri (56, 7 faiz) üstünlük təşkil edib. 

İqtisadi fəallığın yüksəlməsi meyli 2019-cu ilin birinci yarısında da davam edib. Qeyri-neft sektorunda iqtisadi artım başlıca olaraq ticari sahələr hesabına baş verib. 

Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artıb və nominal olaraq 37,8 milyard manat təşkil edib. ÜDM-in 44, 6 faizi sənayedə istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi isə 3828,1 manat olub. 

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 17:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə