Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tikinti işlərinin həcmi artıb

Tikinti işlərinin həcmi artıb

Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,4 faizi xidmət sahələrinə, 9,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3 faiz, büdcə vəsaitləri 28,1 faiz, bank kreditləri 7,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə