Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarlığın inkişafında vergi islahatlarının rolu yüksəkdir

Sahibkarlığın inkişafında vergi islahatlarının rolu yüksəkdir

Vergi sistemində aparılan islahatlar iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir.
İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə qeyd olunduğu kimi, vergi sistemində aparılan islahatlar, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi məsələləri, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqlar praktik olaraq icra edilməkdədir. Vergi ödənişlərinin payının artması, rəsmi əmək müqavilələrinin sayında müşahidə olunan artım nəticə etibarilə ondan xəbər verir ki, 2019-cu il yanvarın 1-dən sonra vergi sistemində reallaşdırılan islahatlar və yenilənən Vergi Məcəlləsinin tətbiqi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına əlverişli şərait yaradıb.

Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi vurğulanmalıdır.
Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində görülən işlər mühüm önəm daşıyır. Bunlar vergi daxilolmalarının dayanıqlılığı baxımından da çox zəruridir. Çünki vergi birbaşa sahibkarlıq mühitinə təsir edən bir sistemdir. Bu kontekstdən yanaşdıqda, vergiqoyma vacib alətlərdəndir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlar da ona görə vacibdir ki, vergiqoyma vasitəsilə həm sahibkar üçün biznes mühitinin yaxşılaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil edilməsi mümkün olsun.
Son ayların yekunları da sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində vergi islahatlarının rolunun yüksək olduğunu göstərir. Yeniləşdirilən Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinə əsasən, qeyri-neft sektoru üzrə çalışanlar üçün gəlir vergisinə 7 il müddətində güzəştin tətbiq edilməsi, startaplar üçün vergi güzəştlərinin müəyyənləşdirilməsi, sadələşdirilən verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi və bütövlükdə ümumi vergi yükünün optimallaşdırılması islahatların tərkib hissəsidir. 
Bütün bunlar isə sahibkarların sərəncamlarında daha çox vəsait qalmasına və ümumilikdə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına müsbət təsir edən mühüm amillərdir.

 

Vüqar BAYRAMOV, 
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı ekspert

16 2019 13:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə