Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial məsələlərin həlli əhalinin rifahını yaxşılaşdırır

Sosial məsələlərin həlli əhalinin rifahını yaxşılaşdırır

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Dövlət başçısının birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Həmin vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edib.

Ümumiyyətlə, son 16 ildə Prezident İlham Əliyev Azərbaycanda praqmatik və realist siyasət yürüdüb. Ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.
Respublikada sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli amildir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın, hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və s. sahələrdə atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. 
Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı.
Bütün bunlar isə onu göstərir ki, Prezident İlham Əliyevin maaş və pensiyalar, o cümlədən minimum əməkhaqqı ilə bağlı imzaladığı sənədlər sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, deməli, həm də rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Eyni zamanda, hamımız birmənalı şəkildə şahidik ki, qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir. Bu, bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsidir, digər tərəfdən ölkə Prezidentinin cəsarətli və inamlı vətəndaşların gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.  

 

Rəfail ALLAHVERDİYEV, 
iqtisad üzrə fəlsəfə doktoru

 

16 2019 13:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə