Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kreditlə Neymar transferi

Kreditlə Neymar transferi

Madridin “Real” komandasının prezidenti Florentino Peres Braziliyalı futbolçu Neymarı komandaya cəlb etmək üçün kredit götürüb.

Məlumata görə Peresin kredit götürmək üçün banklara müraciət etdiyi bildirilib. Komanda fondunda Neymar transferini ödəyə biləcək pulun azlığı Peresi belə addım atmağa məcbur edib.

Bundan öncə Neymara qarşılıq Beyl, Modriç və İsko təklif olunsa da Paris təmsilçisi bu təklifə maraqlı olmadığını bildirmişdi.

Neymar “PSJ”-yə 2017-ci ilin yayında rekord məbləğə, 222 milyon avro qarşılığında “Barselona”dan transfer edilmişdi. Müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Neymar komandanın heyətində bütün turnirlər nəzərə alınmaqla 58 oyunda 51 qol vurmuş və 21 məhsuldar ötürmə etmişdir. “PSJ”ilə iki dəfə Fransa çempionu olan Neymar, həmçinin Fransa kubokunun, Liqa kubokunun və Fransa Super kubokunun da qalibi olub.

Qeyd edək ki, Neymar 2013-2017 illərində “Barselona”nın heyətində186 oyunda forma geyinmiş, 105 qol vurmuş və 76 məhsuldar ötürmə etmişdi. İki dəfə İspaniya çempionluğu (2015, 2016), üç dəfə İspaniya kuboku (2015,2016,2017), bir dəfə İspaniya Super kubokunu qazanıb (2013). Beynəlxalq turnirlərdə isə bir dəfə Çempionlar Liqası və UEFA Super kubokunun qalibi olub (2015).

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 2019 11:52 -
28 Avqust 2019 | 17:35
Rusiyanın TF-X marağı

Köhnə versiyamızdan xəbərləri izlə